Search
14503330191272561964_554x360

“Buta Sığorta”nın fevral hesabatı

“Buta Sığorta” şirkəti  fevral ayı üzrə nəticələrini açıqlayıb. Fevralda toplanan sığorta haqqlarının həcmi 44 274 manat olub. Sığorta şirkəti fevralda  topladığı sığorta haqqlarından 2,5 dəfə  çox ödəniş edib. Bir ayda 242 sığorta hadisəsi üzrə 110 965 manat sığorta ödənişi verilib. Şirkət ödənişlərin 80,9 %-ni avtomobil qəzalarına görə ödəyib. 42 avtomobilin təmir  xərci 89 790 manat olub. Şirkətin bir avtomobil üzrə orta xərci 2137  manat təşkil edib.

“Buta Sığorta” bundan əlavə  elektron cihazların sığortası üzrə 91 sığorta hadisəsi üzrə 12 625 manat, tibbi sığorta üzrə 109 müraciətlə bağlı 8 549 manat ödəniş edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir