Search
bs

“Buta Sığorta”dan yeni məhsul – FƏRDİ TİBBİ SIĞORTA

“Buta Sığorta” fərdi müştərilər üçün yeni unikal sığorta məhsulunu – “Könüllü fərdi tibbi sığorta”-nı satışa çıxarıb. Şirkətdən fins.az-a verilən məlumata görə, bu məhsul, sığorta olunanları Azərbaycanın istənilən regionunda tibbi xidmətlə təmin edir. Həmçinin yeni xidmət həftənin 7 günü, günün 24 saatı ərzində tibbi məsləhətlər almaq üçün Buta Sığorta’nın həkim-koordinatorlarına müraciət etmək fürsəti yaradır.

Bazardakı adi tibbi sığorta məhsullardan fərqli olaraq “Könüllü fərdi tibbi sığorta” adi tibbi sığorta polislərində istisna təşkil edən bir çox ciddi xəstəlikləri, məsələn xərçəng, miokard infarktı, orqan köçürülməsini də əhatə edir: “Hal-hazırda, əsasən xərçəng və ürək-damar sistemi xəstəlikləri əhalinin sağlamlığına təhlükə yaradır, onların müalicəsi də səhiyyədə ən bahalı xidmətlərdən biri hesab olunur. Ona görə də Buta Sığorta, 10 000-dən 50 000 AZN-dək sığorta ödəniş məbləği nəzərdə tutur, bu isə bütün xəstəxana xərclərini tamamilə ödəmək imkanı yaradır”-deyə şirkətdən bildirilib.

Məhsul bir neçə fərqli paketdə və hər bir paket üzrə ayrıca qiymətlərlə təqdim olunur. Qiymətlər adambaşına illik 180 manatdan 720 manatadək dəyişir. Qiymətlərin fərqli olması imkan verir ki, polisi istənilən səviyyədə gəliri olan hər bir şəxs əldə edə bilsin: “Könüllü fərdi tibbi sığorta” digər sığorta polislərini əvvəlcədən ucuz qiymətə əldə etmək və sonradan müalicəyə dəfələrlə çox vəsait xərcləməkdən daha rahatdır”.

Tibbi sığorta paketini nağd və bank kartları vasitəsilə də əldə etmək olar. Tibbi sığortanı rəsmiləşdirmək üçün “Buta Sığorta”nın ofislərinə gəlmək də vacib deyil – onu “Bank of Baku”, “Baku Electronics”, “Mobitel”, “CompUS”, “Bermud City” və “Timsport” mağazalarında yerləşən “Buta Express”lərdə almaq olar. Məhsul barədə daha ətraflı məlumatı www.buta24.az saytından və ya (012) 990 nömrəsinə zəng etməklə almaq mümkündür. fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir