Search
images

“Bu il pulunuzu qızıla yatırın”

Amerikanın Bloomberg agentliyi 2016-cı ilin əsas valyutasının qızıl olduğunu elan edib.

taraz.az Modern.az-a istinadən xəbər verir ki, fond və valyuta bazarlarındakı qeyri-sabit situasiyada investorlar qiymətli metallara daha çox pul yatırırlar. Qeyd olunur ki, “SPDR Dold Shares” fondu ilin əvvəlindən 4,5 milyard dollar vəsait cəlb edib.

“Qızıl bu ilin ən maraqlı mövzusudur. Hələ keçən yay onu keçmişin barbar qalığı adlandırırdılarsa, bu il get-gedə daha çox alırlar”.

Yanvar ayının sonlarından başlayaraq qızıl sürətlə bahalaşaraq 9,3% dəyər qazanıb və 1 unsiyasına görə 20 dollar olub. 1979-cu ilin fevralından bəri ən yüksək artım tempidir.

Beynəlxalq ekspert Barnbas Qanın fikrincə, bu templə qızıl 2016-cı ilin sonuna qədər 1 unsiyaya görə 1400 dollara qədər bahaşala bilər. Lakin “Goldman Sachs” və “Societe Generale” qızılın ucuzlaşacağını düşünür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir