Search
8ce02802455d3b511da4afcf68b110cc_L

NIKOIL|Bank vakansiya elan edir

NIKOIL|Bank vakansiya elan edir

Baş hüquqşunas – konsultant

 Təhsil – ali hüquqi;

 İş təcrübəsi – 5 ildən artıq bankda hüquqşunas işləmiş ;

 Ümumi və xüsusi tələblər:

 Kompyuter bacarığı: Microsoft Office- də sərbəst işləmə qabiliyyəti;

 Azərbaycan və rus dillərini sərbəst bilməli;

Hədəfə  çatan;

 Təşəbbüskar;

 İşgüzar;

 Komandada işləmək bacarığı olmalı;

 Öyrənmək qabiliyyəti yüksək olmalı;

 Cinsi – kişi;

İşin təsviri – vəzifə səlahiyyətləri:

 1. Məhkəmə orqanları ilə qarşılıqlı əlaqələr quraraq  problemli aktivlər üzrə məhkəmənin  qərarının borclu tərəfin mənafeyinə zərər yetirmədən  bankın marağına uyğun verilməsi üzərində çalışmaq;

2. Zərurət olduqda ümumi yurisdiksiyalı məhkəmələrin və arbitraj məhkəmələrinin, o cümlədən borcluların iflas olması kimi işlərdə məhkəmə iclaslarında iştirak etmək;

 3. Borcluların iflas prosedurunun müşayiət edilməsi;

 4. Notariat orqanları ilə qarşılıqlı əməkdaşlıq etmək;

 5. Təhqiqat, istintaq, prokurorluq orqanları, başqa hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət  göstərərək səhlənkar borclulara qarşı cinayət-hüquqi  məsələlərin qaldırılması və təqib edilməsi;

 6. Problemli borclular tərəfindən törədilmiş hüquqazidd hərəkətlərə qarşı cinayət işinin açılmasında lazımı sənədlərin hazırlanaraq  təhqiqat orqanlarına təqdim edilərək  kömək göstərilməsi;

 7. Səhlənkar  borclu barəsində başlanılmış cinayət işləri üzrə istintaq araşdırmalarının səmərəliliyinin artırılması üçün zəruri olan tədbirlər kompleksinin hazırlanıb həyata keçirilməsi.

 8. Zərurət yaranarsa, cinayət işləri üzrə təhqiqatlarda iştirak etmək, onların  monitorinqini aparmaq  və istintaq həyata keçirmək.

Xahiş olunur CV formasını məzmun hissədə “Baş hüquqşunas-konsultant” yazaraq  hr@nikoil.az (file:// hr@nikoil.az/) ünvanına göndərməyinizi xahiş edirik




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir