Search
544140_1280x720

Bu gün banklarda texniki problem yaşanıb

Bu gün bir çox banklar texniki problemlə üzləşiblər. Problem saatların çəkilməsi ilə əlaqədar olub.

Bank serverlərinin çoxu avtomatik olaraq yay vaxtına keçməsi, banklarda proseslərin dayanmasına səbəb olub. Bunun nəticəsi olaraq, bir çox bankda müştəri növbələri yaranıb. Bəzi banklar problemi tez bir zamanda arada qaldırmasına nail olsalarda, bəzilərində bu problem hələ də tam həll edilməyib.

Qeyd edək ki, Azərbaycan bu ildən etibarən yay saatlarına keçidi ləğv edib və bu prosesin bayram günlərinə təsadüf etməsi nəticəsində, banklar bu prosesə lazımi hazırlıq görə bilməyiblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir