Search
euros-7

Bu bankda avronun məzənnəsi sabit deyil

Azərbaycan banklarından birində avronun alış-satış məzənnəsi hər müştəri üçün ayrıca müəyyən olunur. Söhbət “Xalq Bank”dan gedir.

Bankda bildirirlər ki, avro gün ərzində bankın bütün filiallarında müxtəlif qiymətlərə alınıb-satıla bilər. Müştəri valyuta mübadiləsi üçün “Xalq Bank”ın filialına yaxınlaşdıqda baş ofislə əlaqə saxlanılır və məhz həmin vaxt məzənnə müəyyən edilir. Kursun formalaşmasında dəyişdirilən vəsaitin məbləği əsas götürülür.

Avrodan fərqli olaraq dolların məzənnəsi qeyri-sabitlik yoxdur. Bankda səhər tezdən Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta məzənnələrinə uyğun olaraq (4%-lik marja nəzərə alınmaqla) kurs müəyyən edilir və gün ərzində bütün filiallarda dollar həmin qiymətə alınıb-satılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir