Search
logo_vtb_bank_111213

VTB (Azərbaycan) fərdi sahibkarlar üçün yeni məhsul təklif edir

Bank VTB (Azərbaycan) bazara yeni məhsul – fərdi sahibkarlar üçün nəzərdə tutulmuş 15 000 manatadək olan “Kommersant-ekspress” krediti təqdim etmişdir. Kredit fiziki şəxslərin – fərdi sahibkarlar və ya şirkət rəhbərlərin zəruri istehlak tələbatlarını ödəmək üçün nəzərdə tutulmuşdur.

Məhsulun konsepsiyası müasir dövr üçün unikaldır. Belə ki, sahibkarlıq fəaliyyətinə yeni başlamış istənilən şəxs, yəni 6 aydan az olmayan müddətə biznes fəaliyyəti ilə məşğul olan şəxs müvafiq kreditdən istifadə edə bilər.

Bank VTB (Azərbaycan) ASC-nin pərakəndə biznesin inkişafı Departamentinin direktoru Tural Vəliyev deyib: “Kommersant-ekspress” krediti Azərbaycanda kiçik və orta sahibkarlığın istehlak tələbatını ödəməyə yönəldilmişdir. Sirr deyil ki, əksər sahibkarlar bütün vəsaitlərini biznesin genişləndirilməsinə yönəldir. Lakin bəzən şəxsi tələbatları ödəmək üçün nəsə əldə etmək zərurəti yaranır. Bizim yeni məhsul sahibkara imkan verir ki, öz dövriyyə vəsaitlərinə toxunmadan, istehlak tələbatını ödəmək üçün kreditdən istifadə etsin”.

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 5 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir