Search
540287_480570

Bu bank gecə-gündüz işləyən «exchange» açıb

Bakıda fasiləsiz fəaliyyət göstərən daha bir valyutadəyişmə məntəqəsi işə düşüb.

Bu dəfə fasiləsiz işləyən «exchange»i «DəmirBank» yaradıb. Yeni məntəqə bankın «Mərkəz» filialında yerləşir. Adı çəkilən filial fasiləsiz valyuta mübadiləsi xidmətini təklif edir.

Bankdan bildirilib ki, müştərilər «DəmirBank»ın Nizami küçəsi 111 ünvanında («Landmark» biznes mərkəzi ilə üzbəüz) yerləşən «Mərkəz» filialında həftənin 7 günü, 24 saat (bayram və qeyri-iş günləri daxil olmaqla) sərfəli məzənnə ilə valyuta mübadiləsi əməliyyatlarını həyata keçirə bilərlər.

Eyni zamanda, «Mərkəz» filialında bankın müştəriləri istənilən vaxt cari və əmanət hesablarına mədaxil, kredit sifarişlərinin və ödənişlərinin qəbulu, plastik kart əməliyyatları, təcili pul köçürmə sistemlərinin xidmətlərindən istifadə, kommunal ödənişlər, mobil rabitə operatorları, habelə internet provayderlər və kabel televiziya şəbəkələri üzrə abunə haqlarını ödəyə bilərlər.

Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir