Search

Böyük liderlər-Qadınlar

Kraliça Viktoriya- Birləşmiş Krallıq səltənədində  ən uzun müddət hakimiyyətdə qalan kraliçadır. Bu müddət tarixə “Viktoriya dövrü” kimi daxil olmuşdur. Onun hakimiyyəti illərində Britaniyanın koloniyalar üzərində ən güclü hakimiyyətə məxsus olmuşdur. Kralıça Viktoriya Britaniyanın işğalçı xarici siyasətinin simvolu hesab olunurdu. O, həmçinin, dövlət qərarlarının qəbulunda yaxından iştirak etmişdir.

Marqeret Tetçer- Britaniyanın ilk qadın baş naziri olmuşdur. O, ilk dəfə 1959-cu ildə hüquqşünas kimi parlamentə daxil olmuş və müxtəlif nazir postlarını icra etmişdir. 1974-cü ildə Mühafizəkarlar Partiyasının rəhbəri seçilmiş və çalışdığı partiyanı 1979-cu ildə qələbəyə aparmışdır. Marqeret Tetçer Əfqanıstanı işğal etdiyi üçün SSRİ-yə qarşı nümayiş etdirdiyi qəti mövqeyinə görə “Dəmir Ledi” adlandırılmışdır. 1990-cı ildə yenidən Baş nazir seçilmişdir.

2-ci Yekaterina- 1762-ci ildən Rusiya İmperiyasını 34 il müddətində idarə etmişdir. Dövrünün ən zalım rəhbərlərindən biri olmuşdur. Öz hakimiyyəti dövründə 2-ci Yekaterina rusiya imperiyasının sərhədlərini cənubdan qərbə doğru  Krım , Ukraynanın sağ sahilləri, Belarusiya, Litva daxil olmaqla genişləndirmiş, Osmanlı imperiyası ilə 1768-1774-cü illərdə aparılan müharibənin nəticəsi olaraq Rusiyanın mövqeyini  cənub-şərqi Avropada gücləndirmişdir.

İndira Qandi- 1966-1984-cü illər arasında Hindistanın baş naziri olmuşdur. O, 1960-cı ildə Hindistan Milli Konqresinə seçilmiş, atasının ölümündən sonra İnformasiya naziri olmuşdur.

1971-ci ildə Pakistan ordusu Şərqi Pakistanın əhalisinə qarşı zorakılıq törətmiş, bunun nəticəsində 10 milyona yaxın insan Hindistana qaçmışdır. Bu zaman Qandi Pakistan prezidentini  Şimlaya bir həftəlik sammitə dəvət etmişdir. Sonda Qandi Pakistan prezidenti ilə Şimla sazişini imzalayaraq Kaşmir münaqişəsinin sülh yolu ilə həllinə  nail olmuşdur. O, həmçinin “Yaşıl İnqilab” adlanan hərəkata rəhbərlik etmişdir. Ölkədəki ərzaq çatışmazlığının qarşısını almaq məqsədilə müxtəlif növ məhsulların yetişdirilməsi və onların bir qisminin xaricə ixrac olunması ilə həm ölkənin ərzaq problemini qismən həll etmiş, həm də bu siyasət nəticəsində kasıb fermerlər üçün yeni iş imkanları yaratmışdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir