Search
yuzde

Bu gündən sığortalanan bank əmanətləri üzrə faiz dərəcəsi 9%-ə endirilib

Fonddan  verilən məlumata görə, bu tarixdən üzv banklarda illik 9%-dən yuxarı faiz dərəcəsi ilə yerləşdiriləcək əmanətlər qorunmayan əmanət hesab ediləcək.

 Xatırladaq ki, bu barədə qərar Fondun Himayəçilik Şurasının mayın 6-da keçirilən iclasında Mərkəzi Bankla razılaşdırmaqla qəbul edilib. Əlavə olaraq bildirilib ki, əmanət müqavilələrinin müddəti bitdikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin günə qorunan əmanətlər üzrə maksimum faiz dərəcəsinə diqqət edilsin.

 Qeyd edək ki, 42 bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və bu banklardan birində və ya bir neçəsində sığorta hadisəsi baş verərsə qorunan əmanətçinin qorunan əmanətinə hər bir sığorta hadisəsinə görə (hər banka görə) ödənilməli olan kompensasiya məbləği 30 min manat təşkil edir.

 Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmir. Sığorta haqları yalnız üzv banklar tərəfindən ödənilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir