Search
images (7)

“Beynəlxalq Bank”da qanvermə

Erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdikləri təxribatlara cavab həmlələri zamanı yaralanmış hərbçilərimizin müalicəsinə dəstək məqsədilə Azərbaycan Beynəlxalq Bankının Baş ofisində qanvermə aksiyası keçirilib.

Bankdan “Marja”ya daxil olmuş məlumata görə, aksiyada Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı, “AzeriCard” prosesinq mərkəzinin və Beynəlxalq Sığorta Şirkətinin əməkdaşları da iştirak edib.

Mərkəzi Qan Bankının peşəkar həkimlərinin tibbi dəstəyi ilə təşkil olunmuş kampaniya zamanı ümumilikdə 134 nəfər qan verib.

Mənbə: Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir