Search
photo_42573

16 İYUN təqvimdə

1918-ci il. Xalq Cümhuriyyətinin Milli Şurası və müvəqqəti hökuməti Tiflisdən Gəncəyə köçüb.
1939-cu il. Şair, ədəbiyyatşünas, filosof, ictimai xadim Rəfiq Zəka Xəndanın doğum günüdür (1939-1999). “Baharın heykəli”, “Könlümün yadigarı”, “Axıb gedən günlərimiz”, “Azərbaycanın səsi” və s. kitabların müəllifidir. Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm xidmətlər göstərib.
1313-cü il. İntibah dövrünün görkəmli italyan yazıçısı, şair Covanni Bokkaççonun doğum günüdür (1313-1375). Təxminən 100 povest və hekayədən ibarət məşhur “Dekameron” əsərinin müəllifi kimi dünya şöhrəti qazanıb.
1950-ci il. Məşhur hind kinoaktyoru Mithun Çakroborti anadan olub. 1982-ci ildə ekranlara çıxan “Disko rəqqası” filmi (Cimi) ilə böyük şöhrət qazanıb. “Üç muşketyor kimi”, “Oyna, oyna” və s. – ümumilikdə 200-dən çox filmə çəkilib.
1963-cü il. Dünyada ilk qadın-kosmonavt Valentina Tereşkova kosmosa uçub.

Mənbə: Azərtac


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir