Search
potrebitelskiy_kredit_bez_poruchitely

Bankların əvəzinə kredit verirmiş

Azərbaycanın turizm şirkətlərindən birinin rəhbərinə qarşı cinayət işi açılıb. Bu barədə fins.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, “Elite Travel” şirkətinin təsisçisi Xalıq Sadıxov 2012-ci ildə “Azər-Türk Bank”dan 410 min manat kredit götürüb.

Şirkət rəhbəri bu pulun 135 min manatını şifahi razılıq əsasında Bakı və Sumqayıt şəhərlərinin sakinlərinə kredit kimi verib. Bununla da o, dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq almadan təsisçisi olduğu müəssisənin bank kimi qanunsuz fəaliyyət göstərməsinə imkan yaradıb, eləcə də verdiyi kreditləri üzrə cəmiyyətə ödənilən pulun 88 min manatını ələ keçirib.

İndi X.Sadıxova qarşı dələduzluq, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi açılıb. Baş prokurorluq bu şəxsin əməllərinə məruz qalmış vətəndaşlardan xahiş edir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt”inə müraciət etsinlər.

fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir