Search
bolkart

“Bank of Baku”dan Bolkart müştərilərinə “3-QAT SƏRFƏLİ YENİ İL ALIŞ-VERİŞİ” kampaniyası!

“Bank of Baku” yüz minlərlə Bolkart sahibi üçün üstünlüklərlə bol Yeni il kampaniyasını təqdim edir. Alış-veriş kampaniyası üç üstünlükdən ibarətdir və standart taksitlərə əlavə ödəmə müddətlərini nəzərdə tutur. Beləliklə, 15 dekabr 2014 – 5 yanvar 2015-ci illər arası Bolkartla alış-veriş edənlər aşağıdakı üstünlükəri qazanacaqlar:
1.​ “1 aya ödə” müddətli partnyor mağaza və ticarət mərkəzlərində alış-veriş edənlər 2 ay sonra, yəni 10 fevral 2015-ci ilədək ödəmə fürsətiqazanacaqlar.
2.​ Xarici ölkələrdə, o cümlədən xarici internet saytlarda, alış-verişedən Bolkart MasterCard sahibləri, 1 ay əvəzinə, 2 ay sonra, yəni 10 fevral 2015-ci ilədək ödəmə imkanı əldə edəcəklər.
3.​ “3, 6 və 12 aya ödə” partnyorlarında alış-veriş edən Bolkart sahibləri + 3 ay hədiyyə qazanacaqlar (müştəri müvafiq olaraq 3 aylıq ödəməni 6 aya, 6 aylıq ödəməni 9 aya, 12 aylıq ödəməni isə 15 aya həyata keçirəcək).
Beləliklə, Yeni il öncəsi hər bir Bolkart sahibi daha rahat ödəmə qrafiki əldə etmiş olur. Bu gün Bolkart-la minlərlə mağaza, ticarət mərkəzi və dükanlarda alış-veriş etmək olar. Tam siyahı ilə bu keçiddən tanış olun: http://www.bolkart.az/?/az/stores/
Xatırladaq ki, bu gün Bolkart Azərbaycanın ən populyar kredit kartıdır və “Bank of Baku”nun bu kartından yüz minlərlə insan istifadə edir. Bolkart-la Azərbaycanda və xaricdə alış-veriş etmək, kartdan nağd pul çıxarmaq, internet vasitəsilə mal və məhsul almaq, müxtəlif güzəşt və kampaniyalardan faydalanmaq olar.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Bank of Baku

TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir