Search
1372752484_1365619323-sud

“Bank of Azerbaijan”ın işinə məhkəmədə baxılacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) lisenziyası ləğv edilmiş “Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

AMB ASC-nin iflas prosedurunun başlanması barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ərizəni təmin edib. Qərardan narazı qalan “Bank of Azerbaijan” ASC-nin səhmdarlarının nümayəndəsi apellyasiya şikayəti verib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, bu ilin yanvar ayında AMB-nin İdarə Heyətinin qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib. “Banklar haqqında” qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq bu gündən Banka müvəqqəti inzibatçı təyin edilib. ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir