Search
44461

“Banka gedib əmanət müqavilənizi dəyişdirin”

Dünən 4 bankın (ParaBank, ZaminBank, DekaBank və KredoBank) lisenziyası ləğv olunduqdan sonra digər bankların əmanətçiləri narahatçılıq keçirməyə başlayıblar.

Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Azad Cavadov bildirib ki, narahatçılıq keçirən əmanətçilər bankdakı qorunmayan əmanətlərini qorunan əmanətlərə çevirə bilərlər.

“Bankın vəziyyəti müştəri üçün maraqlı olmamalıdır.  Əsas budur ki, əmanətçinin əmanəti qorunan əmanət olsun. Banklarda manatda 12%-ədək, dollarda isə 3%-dək faiz dərəcələri ilə yerləşdirilmiş əmanətlər qorunan əmanətlər sayılır. Yəni, bank bağlandıqda belə əmanətlərə görə kompensasiya olunur. Əgər kimsə, manatda 12%-dən yuxarı, dollarda  isə 3%-dən yuxarı faizlər ilə əmanət yerləşdiribsə, gedib müqaviləsini yeniləyib, əmanətini qorunan əmanət edə bilər”.

Azad Cavadov qeyd edib ki, bank əmanətin çıxardılmasına və ya dəyişdirilməsinə mane ola bilməz. Bank yalnız müştərini əmanəti tez çıxartdığına görə cərimələyə və ya az faiz ödəyə bilər.

Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir