Search
ipoteka5(02.05.2014)

Bağlanmış banklara ipoteka borcu olanların nəzərinə!

Azərbaycan Mərkəzi Bankının (AMB) bu il lisenziyasını ləğv etdiyi “Qafqaz İnkişaf Bankı” və “Gəncəbank”dan dövlət xətti ilə ipoteka krediti götürmüş şəxslər ödənişi istənilən bankda edə bilərlər. Məlumata görə, ödəniş etmək üçün müştəri ona verilən ipoteka kodu ilə banka yaxınlaşmalıdır. Bununla yanaşı, həmin koddan istifadə etməklə Hökumət Ödəniş Portalında (www.apus.az, www.gpp.az) da ipoteka kreditini ödəmək mümkündür.

Xatırladaq ki, Azərbaycan İpoteka Fondunun (AİF) 2015-ci ilin yekununa olan məlumatına görə, indiyə qədər “Qafqaz İnkişaf Bankı” 59, “Gəncəbank” isə 626 nəfərə ipoteka krediti verib.

Lisenziyası ləğv olunmuş banklar arasında AİF-in müvəkkil kredit təşkilatı olan daha bir bank isə “Texnikabank”dır. Bu bank 883 nəfərin mənzil probleminin həllində vasitəçi olub. Amma onun ipoteka ödənişləri ötən ilin avqustundan, nağd pul çatışmazlığı ilə üzləşəndən bir qədər sonra 3 banka yönəldilib. Səbəb bankın APUS sisteminə qoşulmamasıdır.  fins.az


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir