Search
azercell_240516

“Azercell”dən fakturalı xətt abunəçiləri üçün yeni kampaniya

Ölkənin lider mobil operatoru Azercell Telekom Fakturalı Xətt abunəçiləri üçün çox sərfəli “Samsung S6 Edge“ kampaniyasına başlayır. 23 may tarixindən etibarən kampaniya çərçivəsində bütün mövcud, və Azercell şəbəkəsinə MND ilə keçən fakturalı xətt abunəçiləri Ekspres Ofislərinə müraciət edərək güzəştli şərtlərlə “Hədsiz”, “Hədsiz Zəng” və ya “Hədsiz İnternet”  tariflərinə qoşulub “Samsung S6 Edge“ telefonunu əldə edə bilər. Telefonu əldə etdikdən sonra abunəçi 12/18 faktura dövrü ərzində aşağıdakı cədvələ uyğun olaraq aylıq abunə haqqı ödəməli olacaq.

Nəzərinizə çatdıraq ki, kampaniyaya qoşulma dərhal baş verir və “Hədsiz”, “Hədsiz Zəng” və  “Hədsiz İnternet”  tarif paketləri növbəti gündən aktivləşdirilir. “Hədsiz Zəng” tarif  paketinə qoşulan abunəçilərə 2 faktura dövrü ərzində 1GB aylıq internet paketi sifariş edildikdə 2 dəfə pulsuz yararlanma imkanı təqdim olunur.  Abunəçi kampaniyaya yalnız öz nömrəsi ilə qoşula bilər.  Bir abunəçi kampaniya çərçivəsində yalnız bir telefon əldə edə bilər. Abunəçilər kampaniyadan yararlanmaq üçün istənilən Azercell Ekspres və ya Müştəri Xidmətləri ofislərinə müraciət edə bilər.
Azercell bundan sonra da öz abunəçilərinə sərfəli şərtlərlə müxtəlif yeni kampaniya təklif etməkdə davam edəcək.

Daha ətraflı məlumatı www.azercell.com saytından əldə etmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir