Search
ofis

Azərbaycanın ən böyük sığorta şirkətləri məlum oldu – İŞÇİ SAYI

Azərbaycanın ən böyük sığorta şirkətləri “Azərsığorta” Dövlət Şirkəti və “Azsığorta” ASC-dir. Fins.az-ın məlumatına görə, bu sığorta şirkətləri əməkdaşlarının sayına görə, digər şirkətləri xeyli üstələyirlər.
Belə ki, dövlətə məxsus olan “Azərsığorta” şirkətinin 559 işçisi, “Azsığorta”nın isə 336 əməkdaşı var. Müqayisə üçün bildirək ki, işçilərin sayına görə sonrakı yeri tutan “Azərbaycan Sənaye Sığorta” şirkətinin işçilərinin sayı 132-dir. İşçi sayına görə sonrakı yerləri “Beynəlxalq Sığorta Şirkəti” (125), “Atasığorta” (119) və “Standard Insurance” (113) tutur.
Yeri gəlmişkən, sığorta bazarında yığımların və ödənişlərin həcminə görə, ən böyük göstəriciyə malik olan  “PAŞA Sığorta” şirkəti əməkdaşlarının sayına görə 7-cidir. Şirkətin 110 əməkdaşı  var.
Ümumiyyətlə ölkədə fəaliyyətdə olan 27 sığorta şirkətindən 10-nun əməkdaşlarının sayı 100-dən artıqdır.

Sığorta şirkətləri arasında ən az işçi “Azərqarant Sığorta”dadır. Bu şirkətin cəmi 11 əməkdaşı var. “Amrah sığorta”nın 16, ötən həftənin sonunda lisenziyasını bərpa etmiş “Günay Sığorta”nın isə 19 işçisi var. Əsasən aviasiya riskləri ilə məşğul olan “İpək Yolu Sığorta”nın 21 əməkdaşı, “Era Trans Sığorta”nın isə 23 işçisi var.

Sığorta şirkətlərinin regionlardakı əməkdaşlarının sayına görə də “Azərsığorta” və “Azsığorta” liderlik edir. Yeri gəlmişkən “Azərsığorta”nın 559 əməkdaşından 494-ü və ya 90%-i regionlardadır. “Azsığorta”nın da əməkdaşlarının yarıdan çoxu – 172-si bölgələrdə çalışır.

Bölgədəki əməkdaşların sayına görə, sonrakı yerləri  “Azərbaycan Sənaye Sığorta” (40 nəfər), “Standard İnsurance” (24 nəfər) və “AXA Mbask” (13 nəfər) tutur. 5 sığorta şirkətinin isə bölgələrdə ümumiyyətlə əməkdaşı yoxdur.
Həyat sığortası şirkətləri arasında ən çox əməkdaşı olan “Paşa Həyat”dır – 112 nəfər.

Qeyd edək ki, bir neçə şirkət, o cümlədən “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah” və “Atəşgah Həyat” sığorta şirkətləri, eləcə də “Xalq Sığorta” və hazırda fəaliyyətini minimuma endirmiş “Çartis Azərbaycan” şirkəti əməkdaşlarının sayı ilə bağlı məlumatı açıqlamayıb.

Ş İ R K Ə T L Ə R

Ümumi işçi sayı

Bakı

Regionlar

  1

“A-Qroup Sığorta”

61

57

4

  2

“Alfa Sığorta”

70

61

9

  3

“ATA Sığorta”

119

106

13

  4

“Atəşgah Sığorta”

  5

“Atəşgah Həyat Sığorta”

  6

“İpək Yolu Sığorta”

21

14

7

  7

“Azərsığorta”

559

65

494

  8

“Azərbaycan Sənaye Sığorta”

132

92

40

  9

“Azərqarant Sığorta”

11

11

0

10

“AzSığorta”

336

164

172

11

“Çartis Azərbaycan”

12

“Amrah Sığorta”

16

16

0

13

“Bakı Sığorta”

72

72

0

14

“Başak İnam Sığorta”

64

59

5

15

“Beynəlxalq Sığorta”

125

120

5

16

“Meqa Sığorta”

83

72

11

17

“Era Trans Sığorta”

23

17

6

18

“Günay Sığorta”

19

19

0

19

“Xalq Sığorta”

20

“Qala Həyat Sığorta”

69

69

0

21

“Qarant Sığorta”

102

92

10

22

“AXA Mbask”

95

82

13

23

“PAŞA Sığorta”

110

24

“PAŞA Həyat Sığorta”

112

110

2

25

“Rəvan Sığorta”

31

31

0

26

“Standard Insurance”

113

89

24

27

“Buta Sığorta”

108

101

7




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir