Search
Long-Term-Care-Insurance-Agent

Azərbaycanda 2000-ə yaxın – “GİZLİ SIĞORTA AGENTİ” VAR

Rəsmi məlumatlara görə, Azərbaycanda lisenziyalı agentlərin sayı 800 olsa da, faktiki olaraq ölkədə sığorta agenti fəaliyəti ilə 2500-3000 nəfər məşğul olur. Bunu Fins.az-a müsahibəsində “Azsığorta” şirkətinin təlim üzrə meneceri Şükür Hüseynov bildirib: “Ölkədə həm lisenziyası olan, həm də lisenziyasız fəaliyyət göstərən, yəni sığorta şirkətləri üçün müştəri toplayan şəxslərin ümumi sayı 2500-3000 ətrafındadır. Bəzi lisenziyalı agentlər öz “subagentlər”ini gizlədirlər çünki bu qanuna ziddir”. Ekspertin sözlərinə görə, belə fəaliyyətlə məşğul olanları lisenziya alaraq leqal fəaliyyət göstərməyə həvəsləndirmək lazımdır: “Biz lisenziyalı agentlərin sayını artırmalıyıq. Çünki yeni tətbiq olunan icbari sığortaların inkişafı agentlərin fəaliyyəti olmadan mümkün deyil”.
Ş.Hüseynovun fikrincə, ölkənin hər rayonunda hər bir şirkətin azı 2-3 agenti olmalıdır ki, normal fəaliyyət göstərə bilsin: “Hər bir şirkət azı 200 agentlə işləməlidir. Bəzi şəhərlərin ərazisi və əhalisi daha böyük olduğuna görə, onu tam əhatə etmək üçün daha çox agent tələb olunur. Hazırda 40-a qədər sığorta məhsulu təklif olunur, onların sayı getdikcə artır, deməli agentlərin sayı da artmalıdır. Həm də peşəkarlığı yüksəlməlidir. Doğrudur, indi agentlərimizin səviyəsi 10-15 il bundan əvvəlki kimi deyil, müəyyən qədər artım var. Amma hazırki agentlər də müəyyən tələblərə cavab vermirlər”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Mənbə:  www.fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir