Search
Beynelxalq Bank

Azərbaycan Beynəlxalq Bankı pensiya kartlarının əhatə dairəsini genişləndirir

Azərbaycan Beynəlxalq Bankının (ABB) “Pensiya+” xidmətinə 150 ticarət məntəqəsi qoşulub.

ABB mətbuat xidmətindən verilən xəbərə görə bütün pensiya kartı sahibləri Riyadfarm, Avesta Farm və Azəri-Med şirkətlərinin apteklərində, Oksigen Klinikasında, Neptun, Araz, Makromarket, Armo Store, Rahat, Favorit, Everest və Bolmart supermarketlər şəbəkələrində nağdsiz ödənişlərlə alış-veriş edə bilərlər. Hazırda bu xidmətə 20-dən artıq müəssisə qoşulmuşdur. Müəssisələrin sayı daha da artırılacaq və yaxın gələcəkdə ölkənin regionlarını da əhatə edəcəkdir.

“Pensiya+” xidməti çərçivəsində bütün pensiya kartlarının sahibləri avtomatik olaraq 100 manat məbləğində hər ay yenilənən faizsiz kredit limitini əldə edə bilərlər. Bununla belə, təqaüdçünün müraciəti əsasında bu məbləğ artırıla da bilər. Xidmət pulsuzdur, təqaüdçüdən heç bir əlavə komisyon haqqı və ya kredit faizi tutulmur.Kredit limiti yalnız müəyyən ticarət müəssisələrində nağdsız alış-veriş zamanı həmçinin ABB-nin bankomatları ve rəsmi internet səhifəsində kommunal ödənişlərin aparılması üçün istifadə oluna bilər. Kredit limitinin istifadəsi pensiya vəsaiti tam xərcləndikdən sonra mümkündür. Yaranmış borc növbəti ayın pensiya məbləğindən avtomatik şəkildə tutulur. Borc tam ödənildikdən sonra kredit limiti yenidən aktivləşdirilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir