Search
Apple

“Apple” 3 günə 10 milyondan çox yeni “iPhone” satıb.

“Apple” sentyabrın 19-dan 10 milyondan çox 4,7 düymlü ekrana malik yeni nəsil “iPhone 6” və 5,5 düymlü ekrana malik “iPhone 6 Plus” satıb.

Kreditxəbər  “İnterfaks”a istinadən verdiyi məlumata görə, satış həcmi şirkətin proqnozlarını üstələyib.

Ötən il isə ilk 3 satış günündə 9 milyon milyon ədəd “iPhone 5s” və 5с satılmışdı.

Yeni nəsil “iPhone”lar əvvəlcə ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, Avstraliya, Honq Konq, Sinqapur və Yaponiyada satışa çıxarılıb.

Ən ucuz “iPhone 6” Yaponiyada 636 dollara, ən bahalısı isə Fransada 919 dollara satılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir