Search
bankomat_080512

Azərbaycan Beynəlxalq Bankı bayram günlərində bankomatların fasiləsiz işini təmin edib

Azərbaycan Beynəlxalq Bankı (ABB) bayram günlərində bankomatların fasiləsiz işini və onların nağd pulla doldurulmasını təmin edib.

Trend çərşənbə günü ABB-nin yaydığı xəbərə istinadən məlumat verir ki, bayram günlərində bank bankomatların əlavə olaraq nağd vəsaitlərlə təmin edilməsi ehtiyacının aşkar edilməsi məqsədi ilə monitorinqlər keçirib ki, bu da əhalinin nağd pullara olan tələbatını vaxtında təmin etməyə imkan verib.

Məlumatda deyilir ki, bu günədək ABB-nin bütün bankomatları nağd pulla doldurulub.

Bu gün ölkədə Azərbaycan Beynəlxalq Bankının 690-dan artıq bankomatı və 4950 POS-terminalı fəaliyyət göstərir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir