Search
420_ADIF_1

Müflis olmuş bankların əmanətçilərinə 70 mln. manatın ödənilib

“Ən qısa müddətdə müflis olmuş bankların əmanətçilərinə 70 mln. manatın ödənilməsi Əmanətlərin Sığortalanması Fondunun tamamilə işlək bir qurum olduğunu göstərir”.

bunu Unibankın İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.

“Mənim düşüncəm bundan ibarətdir ki, vəziyyəti dramatikləşdirmək lazım deyil. Bu prosesdə vacib bir detala fikir verin: bağlanmış bankların əmanətçilərinin hər birinə vaxtlı-vaxtında kompensasiya verilir. Ən qısa müddətdə müflis olmuş bankların əmanətçilərinə 70 mln. manat ödənilib. Rəqəmlər artıq hər şeyi deyir. Bu isə Əmanətlərin Sığortalanması Fondunun tamamilə işlək bir qurum olduğunu göstərir. Anladığınız kimi, bu, maliyyə sektorunun imicini yüksəldir. Əlbəttə, kimsə deyə bilər ki, onun əmanəti sığortalanmayıb. Lakin o seçimi özü edib. Bank sektorunda heç bir kataklizm yoxdur”,- Bankın sədri bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir