Search
Azer turk bank

“Azər-Türk Bank” yeni kredit kampaniyasına başlayıb

Əgər siz də banka qoyduğunuz Əmanət (depozit) qarşılığında kredit xəttindən və kredit kartından istifadə etmək istəyirsinizsə, o zaman Azər-Türk Bank bu gözəl şəraiti sizə yaradır. Əlavə olaraq müştərilər əmanətin illik faiz dərəcəsinin üzərinə  3% əlavə olunmaqla nağd pul krediti əldə edə bilərlər. Misal üçün: Müştəri 12 ay müddətlik əmanət yerləşdiribsə, bu zaman əmanəti yerləşdirdiyi 10%-ə 3% əlavə olunur və illik faiz dərəcəsi 13% təşkil edir. Kreditin maksimal məbləği əmanətin 90% miqdarında ola bilər, 36 aylıq rəsmiləşdirmək mümkündür.  Əmanətin təminatı əsasında müştərinin istəyi ilə əmanət məbləğinin 90%-nə kimi kart üzrə kredit xətti açıla bilər. Bundan başqa əgər əmanət  ən azı 12 ay müddətli olarsa, onda  50 000 AZN/USD məbləğinədək əmanət sahiblərinə 40 günədək faizsiz 5 000 AZN/USD kredit xətti olan MasterCard Standard təqdim olunur.  50 000 AZN/USD məbləğindən yüksək əmanət sahiblərinə 40 günədək faizsiz  10 000 AZN/USD kredit xətti olan MasterCard Gold, 100 000 AZN/USD məbləğindən yüksək əmanət sahiblərinə isə 40 günədək faizsiz 15 000 AZN/USD kredit xətti olan MasterCard Platinum kredit kartı hədiyyə verilir.  Siz də Azər-Türk Bankda Əmanət yerləşdirmək və bu əmanət müqabilində kredit xəttinin ayrılmasını istəyirsinizsə onda bankın istənilən filialına müraciət edə bilərsiniz. Daha ətraflı məlumat əldə etmək üçün (012) 945 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Qeyd edək ki, “Azər-Türk Bank” ASC 11 iyul 1995-ci ildən etibarən fəaliyyət göstərməkdədir.            Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynamaqdadır. Bankımız Türkiyə Respublikasının Ziraat Bankı, Azərbaycan Respublikasının Aqrarkredit Səhmdar Kredit Təşkilatı, Almaniyanın Ziraat Bank İnternational AG və Turan Bank ASC tərəflərindən təsis edilmişdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir