Search
a40f9571a636c97837519cc9b218ffc7

«Azər-Türk Bank» müştərilərə turizm istehlak kreditləri təklif edir

Azərbaycanda son illər səyahət edən şəxslərin sayının artması ilə əlaqədar olaraq «Azər-Türk Bank» ASC illik 18% dərəcəsi ilə turizm istehlak kreditləri təklif edir.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, səyahət etmək istəyənlər «Azər-Türk Bank»ın filiallarından birinə lazımi sənədlərlə yaxınlaşıb turizm krediti üçün müraciət edə bilərlər.

Turizm krediti barəsindəwww.azerturkbank.biz/PrivateTourismLoans.html linkindən daha ətraflı məlumat əldə etmək, yaxud (012) 945 nömrəsi ilə əlaqə saxlamaq olar.

Qeyd edək ki, «Azər-Türk Bank» ASC 1995-ci ildən fəaliyyət göstərir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir