Search
photo_167463

Hərraca 150 milyon dollar çıxarılıb

Bu gün Azərbaycanda növbəti valyuta hərracı keçiriləcək.

Bank dairələrindən verilən məlumata görə, hərraca Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 100 mln. dollar, Azərbaycan Mərkəzi Bankı (AMB) isə 50 mln. dollar vəsait çıxaracaq.

Sentyabrın 28-nə AMB-nin rəsmi AZN/USD məzənnəsinin 1,6253 olacağını proqnozlaşdırır.

Xatırladaq ki, ötən gün dünən jurnalistlərə açıqlamasında AMB sədri Elman Rüstəmov bundan sonra da hərraclarda kifayət qədər vəsait təklif ediləcəyini və əsassız devalvasiya şayiələrinə yol verilməyəcəyini bildirib.

Report




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir