Search
43576

Azərbaycanın ən yaxşı bankının adı açıqlanıb

«AccessBank» 6-cı dəfə «Euromoney» tərəfindən Azərbaycanın ən yaxşı bankı adına layiq görülüb. İyulun 6-da Londonda «Euromoney» Nəşriyyat Qrupu özünün hər il keçirdiyi «Ən Yaxşı Nəticələr» mükafatlandırma mərasimində qalib bankların adını açıqlayıb.

Mərasimdə “Azərbaycanın ən yaxşı Bankı” adına «AccessBank»layiq görülüb. Qeyd edək ki, bank bu mükafatı artıq 6-cı dəfə alır. «AccessBank» bu mükafatı sonuncu dəfə 2014-cü ildə almışdı. 2015-ci ilin nəticələrinə görə isə ölkənin ən yaxşı bankı «Kapital Bank» olmuşdu.

Qeyd edək ki, maliyyə dünyasında ən nüfuzlu mükafatlardan biri sayılan Euromoney mükafatı dünyanın 100-dən artıq ölkəsində aparıcı banklara və maliyyə təşkilatlarına təqdim olunur.

Mükafat bankın nəticələri, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin müşahidələri nəticəsində əldə olunan məlumatlar əsasında təqdim edilir.

Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir