Search
3727633f-db40-4970-b179-9384ed1e9e28

“Azər Türk Bank” yeni əməliyyat sisteminə keçir

Azər Türk Bankın bütün kompüterləri “Windows 10” əməliyyat sistemi və “Microsoft Office 2016” ilə təchiz olunacaq

Azərbaycanın aparıcı banklarından biri olan Azər Türk Bankda informasiya texnologiyalarının inkişafı üzrə mütəmadi təkmilləşdirici layihələr həyata keçirilir. Yaxın günlərdə Bankda “Microsoft” korporasiyası tərəfindən təqdim olunan “Windows 10” əməliyyat sisteminin və “Microsoft Office 2016”-nın tətbiqinə başlanılır. Artıq bu məhsullar üzrə lisenziyaların satın alınması ilə bağlı proseslər başa çatıb. Qısa müddət ərzində Bankın bütün kompüterləri “Windows 10” əməliyyat sistemi və “Microsoft Office 2016” ilə təchiz olunacaq. Müasir informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən istifadə imkanı verən bu yenilik biznes proseslərinin optimallaşdırılmasına, işin səmərəliliyinin, müştəri məmnuniyyətinin daha da yüksəlməsinə xidmət edəcək. Əməliyyat sisteminin tətbiqi “Microsoft”un ən yeni məhsullarından istifadə imkanı yaradacaq, operativliyi təmin edəcək, xidmətin keyfiyyətinin yüksəldilməsinə və məhsuldarlığın artırılmasına töhfə verəcək. Həmçinin “Windows 10” əməliyyat sistemi müasir dövr üçün ən aktual məsələlərdən olan informasiya təhlükəsizliyinin təmin edilməsi, bankın İT infrastrukturunun standartlaşdırılması ilə bağlı üstünlükləri də özündə əks etdirir.

Qeyd edək ki, bir müddət öncə Azər Türk Bank dünyanın qabaqcıl maliyyə institutlarının istifadə etdiyi “Oracle FLEXCUBE” bank platformasının son, 12-ci versiyasının tətbiqinə başlayıb və uğurla davam etdirir.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Компьютеры Azer Turk Bank оснащаются Windows 10 и Microsoft Office 2016

Один из ведущих банков Азербайджана – Azer Turk Bank на постоянной основе реализует проекты по развитию информационных технологий.

В ближайшие дни в банке начинается внедрение операционной системы Windows 10 и офисного пакета Microsoft Office 2016 от корпорации Microsoft. Процесс приобретения лицензий завершен и в течение короткого времени все компьютеры в банке будут оснащены продукцией Microsoft.

Данный шаг, открывая последние достижения в сфере информационно-коммуникационных технологий, позволит оптимизировать бизнес-процессы в банке, приумножить продуктивность и удовлетворение клиентов.

Внедрение операционной системы создаст возможности использования новых продуктов Microsoft, обеспечит оперативность, повысит качество обслуживания и производительность труда. Также ОС Windows 10 обладает преимуществами в столь актуальном для нынешнего времени вопросе по обеспечению информационной безопасности и стандартизации ИТ-инфраструктуры банка.

Отметим, что ранее Azer Turk Bank внедрил и успешно использует последнюю, 12-ю версию банковской платформы Oracle FLEXCUBE, применяемую ведущими финансовыми институтами мира.

75% акций ОАО Azer Turk Bank, основной миссией которого является финансовая поддержка реальному сектору экономики, принадлежит правительству Азербайджана. С более подробной информацией о банке, точках обслуживания, продукции и услугах можно ознакомиться на официальном сайте банка: www.azerturkbank.az, корпоративных страницах в социальных сетях или позвонив в Информационный центр Банка по номеру (012) 945.

All personal computers in Azer Turk Bank will be installed with “Windows 10” operating system and “Microsoft Office 2016”

Azer Turk Bank, which is being one of the leading banks of Azerbaijan, continuously implements projects on development of information technologies. The Bank initiates installation of “Windows 10” operation system issued by Microsoft Corporation and “Microsoft Office 2016”. The purchasing process of licenses for these products has already been completed. The Bank is planning to complete installation of “Windows 10” operating system and “Microsoft Office 2016” in a short time. By using latest achievements of modern information and communication technologies, the Bank aims to optimize business processes, increase business efficiency and customer satisfaction. Application of the operating system will provide ability to use latest products of “Microsoft”, ensure efficiency of services, contribute to improvement of quality and increase productivity. Moreover, “Windows 10″operating system contains advantages of information security and standardization of the Bank’s IT infrastructure, which are being among the most important issues of modernity.

Note that Azer Turk Bank has recently started installation of the latest 12th version of the “Oracle FLEXCUBE” banking platform, used by the world’s leading financial institutions.

Azer Turk Bank OJSC, which has identified financial support to the real sector of the economy as its main mission, by 75% is owned by the Government of Azerbaijan. More information about the Bank, its service network, products and services is available at www.azerturkbank.az, the Bank’s corporate pages at social networks or at (012) 945 Call Center.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir