ravon3-640x427

Azərbaycanda yeni avtomobil brendi təqdim edilib

Bakıda Özbəkistanın yeni avtomobil brendi olan “Ravon”un təqdimatı keçirilib. 

“Ravon” Özbəkistanın məşhur avtomobil brendi olan “UZ-Daewoo”nun yenilənmiş brendidir.

Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev bildirib ki, rəsmi Daşkənd Azərbaycanla əməkdaşlığa böyük önəm verir: “Azərbaycan Özbəkistanın Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır”.

Qeyd edək ki, “Ravon” Özbəkistanda 10 ilə qədər “Chevrolet” avtomobilləri istehsal edən “General Motors-Uzbekistan”la birgə istehsal edilib. Hazırda Özbəkistan avtomobil sənayesində dünyanın 12 ölkəsinə ixrac edilən 20-dən artıq müxtəlif avtomobil növu istehsal edilir. Həmin avtomobillər “General Motors” yanaşı, Almaniyanın “MAN” və Yaponiyanın “Isuzu” şirkətləri ilə ortaq istehsal edilib.

Bakıda təqdimat zamanı “Ravon”un 4 əsas modeli nümayiş etdirilib. Onlar “Ravon R”, “Ravon Nexia”. “Ravon Gentra” və “Ravon R4” modelləridir.

Təşkilatçıların verdiyi məlumata görə, təqdim edilən avtomobillərin start qiyməti 12 min manat olacaq. Avtomobillər həm nağd, həm kredit, həm də lizinqlə satılacaq.

ravon1ravon2

ravon4ravon5ravon6ravon7ravon8ravon9ravon10ravon11ravon12

Report




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir