Search
AYIB

AYİB Azərbaycanın iqtisadi inkişafına dəstəyi davam etdirməyə hazırdır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın iqtisadi inkişafına dəstəyi davam etdirməyə hazırdır. Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda jurnalistlərə AYİB-in kommunikasiya və ünsiyyət üzrə direktoru Conatan Çarlz deyib.

C.Çarlz bildirib ki, bu, son 2 ildə ölkəmizə üçüncü səfəridir: “Bu, əməkdaşlığımızın davamlılığı və artım tempindən xəbər verir. Bank yanvar-may aylarında ötən illə müqayisədə daha çox investisiya yatırıb. Biz son illər iqtisadi inkişaf sahəsində ölkənin qazandığı tərəqqini qeyd edirik. Son 10 ildə yoxsulluq səviyyəsinin xeyli azalması bunun bariz nümunəsidir. Qeyri-neft sektorunun inkişafı üzrə aparılmış islahatlar və tədbirlər yaxşı səmərələr verdi. AYİB Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstək verməyə şaddır. Biz islahatların aparılması və korrupsiya ilə mübarizə, o cümlədən elektron xidmətlər və elektron hökumətlə bağlı uğurlar üzrə hökumətin gördüyü işləri və iradəsini alqışlayırıq”.

Onun sözlərinə görə, AYİB işlədiyi bütün ölkələrlə 5 illik fəaliyyət planı hazırlayır: “Biz, əsasən, diqqətimizi 3 istiqamətə cəmləmək niyyətindəyik: iqtisadi inkişafın möhkəmləndirilməsi, regional və qlobal iqtisadiyyata inteqrasiyaya dəstək, həmçinin qlobal çağırışlara qarşı yardım. Biz bu istiqamətlər üzrə Azərbaycanı, xüsusilə vacib müasir qlobal çağırış sahəsində – enerji səmərəliliyinin artırılmasında dəstəkləməyə hazırıq”.


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir