Search
job-vacancy-3

“AXA MBASK”dan yen vakansiya

“AXA MBASK” satış üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edib. Əmək haqqı razılaşma yolu ilə.

Namizədə tələblər:

-Ali təhsil
-Yerli və ya xarici şirkətlərdə satış üzrə mütəxəssis və ya baş mütəxəssis kimi ən azı 3 il iş təcrübəsi olan (üstünlük sığorta sahəsində çalışanlara veriləcək)
-Azərbaycan dili və rus dili (mükəmməl səviyyədə), ingilis dili (orta səviyyədə)
-Gülərüz, xoşgörkəmli, müştəri yönəmli, sosial və ictimai təbdirlərdə fəal iştirak edən
-Kompyuter proqramlarını tələb olunan səviyyədə bilməli
-Peşəkar səviyyədə müştərilərlə əlaqə yaratma bacarığına və inandırma qabiliyyətinə malik olan
 
Sərbəst şəkildə müştəri cəlb etmək qabiliyyətli
Müştəri portfeli olan namizədlərə üstünlük veriləcək

İş barədə məlumat:

1.Mövcud olan müştəri bazasının artırılması və satışı artırmaq üçün şirkət tərəfindən təklif olunan sığorta məhsul və xidmətlərin korporativ növlərini təşviq edir;

2.Mövcud olan korporativ müştərilərlə əlaqələri möhkəmləndirir və potensial müştərilərə korporativ məhsul və xidmətləri təklif edir;

3.Şirkətə müraciət edən  müştərilərə  informasiya dəstəyini təmin etmək üçün keyfiyyətli xidmət göstərir;

4.Mövcüd korporativ müştərilərlə əlaqələri dəstəkləyir, yaxşılaşdırır və potensial müştərilər arasında şirkətin məhsul və xidmətlərini irəlilədir;

5.Sığorta müqavilələrinin müştərilərə vaxtı-vaxtında verir, müştərilərə sığortanın xırdalıqları və şərtləri barədə tam təlimatlandırır;

6.Korporativ departament rəhbərinin göstərişi ilə digər işləri  yerinə yetirir.

CV-ləri Satış üzrə mütəxəssis mövzusu ilə career@axambask.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

 

www.axambask.az/az/vakansiyalar-160




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir