Search
wizz air

Avropaya “Su Qiymətinə” uçuşlar

Yojef Varadi: “Bizim hər bir sərnişinə çəkdiyimiz xərclər AZAL-ın çəkdiyi xərclərin ¼ qədərdir”.

Macarıstanın “WizzAir” avişirkəti Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə həyata keçirilən uçuşlardan ildə 2,5-3 mln. avro gəlir əldə etməyi planlaşdırır.

Bunu bu gün keçirdiyi brifinqdə “Wizzair” şirkətinin baş direktoru Yojef Varadi bildirib. Onun sözlərinə görə, şirkət ildə 30 min sərnişin daşımağı nəzərdə tutub: “Biletlərin qiyməti və xidmətlərimizi nəzərə alsaq, il ərzində 2,5-3 mln. avro gəlir əldə etməyi proqnozlaşdırırıq. Həftədə 2 dəfə uçuş yerinə yetirməyi nəzərdə tuturuq. Əsas istəyimiz bazarda rəqabətə davamlı fəaliyyət göstərmək və rəqabət mühitinə uyğunlaşmaqdır”.

J. Varadi bildirib ki, gələcəkdə şirkət Azərbaycana uçuşların sayını artırmağı planlaşdırır: “Planımız var ki, Azərbaycanın regionlarında yerləşən hava limanlarından Avropanın müxtəlif istəqəmətlərinə uçuşlar təşkil edək”.

“Wizzair” şirkətinin baş direktoru Yojef Varadi bildirib: “AZALjet” “Wizzair”in təqdim etdiyi qiymətlərdən yaxşısını təqdim edə bilməyəcək”.

Onun sözlərinə görə, “AZALjet” “Wizzair” kimi il ərzində qiymətləri stabil saxlaya bilməyəcək: “Ola bilsin ki, onlar da mövsümi kampaniyalar keçirsin. Amma il ərzində eyni qiymətlə uçuşlar təşkil edə bilməyəcəklər. Bizim hər bir sərnişinə çəkdiyimiz xərclər AZAL-ın çəkdiyi xərclərin ¼ qədərdir”.

O, Türkiyənin “Pegasus” şirkətinin Azərbaycan bazarında möhkəmlənməsinin rəqabəti artıracağını da dilə gətirib. “Pegasus” böyük seçim tədim edir. Ancaq Qərbi Avropaya və ya ümumiyyətlə Avropaya uçmaq üçün “Wizzair” bir pəncərədir. Biz rəqabətə hazırıq və bunu istəyirik”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir