Search
10125485-1-230f4f0182832f4dc6511c746929e0dc

AVROPANI MAT QOYAN 6 YAŞLI AZƏRBAYCANLI ŞAHMATÇI

O 7 yaşlılar arasında Avropa Çempionu olub.

Ölkəmizdə şahmata olan maraq azyaşlılar arasında da eyni dərəcədə yüksəkdir. Onlar müxtəlif dünya səviyyəli çempionatlarda iştirak edərək, uğurlu nəticələrlə bizi sevindirməyə davam edirlər.

Bu günlərdə Azərbaycanın 6 yaşlı istedadlı şahmatçısı Ziya Məmmədov 7 yaşlılar arasında çox uğurlu nəticə göstərərək, Avropa çempionu oldu. Şahmatçımız özündən böyüklər ilə mübarizə apararaq mümkün 9 xaldan 8 xal qazanıb.

Gənc istedad 7 oyun qalib gəlib və 2 qarşılaşmanı heç-heçə ilə başa vurub. Avropa çempionatı Yunanıstanın Halkidiki şəhərində keçirilib.

Turnirin ikinci pilləsində İngiltərə millisinin bayrağı altında çıxış edən Royal Şiraz olub.  Üçüncü pillədə isə Rusiyadan Vetoxin Savva qerarlaşıb. İlk onluqda Türkiyədən 4 şahmatçı yer tutub.

 

ANS PRESS




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir