Search
accountemps_auditor

“Auditor” – Vakansiya

Business Service Centre LTD  “Auditor” vakansiyasını elan edir.                                                               

Vəzifə öhdəlikləri:

• auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmək;
• auditor yoxlamalarını və digər auditor xidmətlərini keyfiyyətli həyata keçirmək;
• auditin aparılması zamanı aşkar edilmiş bütün əhəmiyyətli pozuntular, mühasibat uçotunun aparılması və hesabatların tərtibi ilə bağlı nöqsanlar haqqında sifarişçinin rəhbərliyinə məlumat vermək;
• audit zamanı əldə edilən məlumatı (qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla) məxfi saxlamaq;
• auditin gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qanunvericiliklə müəyyən edilmiş müddətdə qorunub saxlanmasını təmin etmək;
• audit subyektinin tələbi ilə ona auditin aparılmasına dair qanunvericiliyin tələbləri, tərəflərin hüquq və vəzifələri, habelə auditorun hesabatında olan irad və nəticələr üçün əsas olan normativ hüquqi aktlar barəsində ətraflı məlumatlar vermək;
• aparılan auditin nəticəsinə dair auditor hesabatını sifarişçiyə təqdim etmək;
• mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;
• təsərrüfat subyektinin xərclərinin səmərəliliyini qiymətləndirmək;
• təsərrüfat subyektinin, ona tabe olan müəssisə və təşkilatların (onun törəmə təsərrüfat
• cəmiyyətlərinin) struktur bölmələrinin fəaliyyətinin normativ hüquqi aktlara və təsdiq edilmiş
• fəaliyyət planına uyğunluğunu yoxlamaq;
• ehtiyatlardan istifadənin səmərəliliyi, düzgünlüyü, onlardan istifadəyə nəzarəti və zərərdən
• mühafizə olunmanın yetərliliyini qiymətləndirmək.
• qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri icra etmək;

Tələblər:

• Ali  təhsil (maaliyyə və ya hüquq istiqamətləri üzrə);
• Azərbaycan Respublikasının qanunlarını (Vergi qanunvericiliyi, Mühasibatlığa dair qanunvericiliyi) bilməlidir;
• Dil bilikləri zəruridir (xüsusən  ingilis və rus dillərini mükəmməl bilməlidir) ;
• Ofis proqramları (Word, Excel, Internet, 1C);
• İş təcrübəsi – 2 ildən artıq;
• Stress altında işləmə bacarığı;
• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət yaratmaq bacarığı;
• İşə planlı yanaşmaq;
• Fəal olmaq;
• Əmək haqqı 1500-2000 (NET)
• Xaricdə təhsil almış şəxslərə üstünlük verilir.

Xahiş edirik, maraq göstərən şəxslər  öz tərcümeyi-hallarını (CV)  “mövzu” yerinə “Maliyyə işləri üzrə Auditor” sözünü qeyd etməklə hr@bsc-group.az elektron poçtuna göndərsinlər.

Business Service Centre LTD
Azerbaijan,Baku – F.Amirov, 10
E-mail: hr@bsc-group.az
Web: www.bsc-group.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir