Search
1435343825_yenisumqayit.az-1

“Atəşgah”dan mənzil qazanmaq fürsəti !

Azərbaycanda ilk agentlik (sığorta məsləhətçiləri) şəbəkəsinin yaradıcısı olan “Atəşgah” Sığorta Şirkəti bu istiqamətdə tədbirlər həyata keçirməkdə davam edir. Belə ki, Şirkət ənənəsinə sadiq qalaraq bu dəfə də sığorta məsləhətçiləri arasında “Bizimlə ol, mənzil qazan!” müsabiqəsini keçirir. Şirkətin yaydığı məlumata görə, müsabiqənin əsas mükafatı Bakıda mənzil, eləcə də əvvəlki illərdə olduğu kimi avtomobil və digər qiymətli hədiyyələrdir. Belə ki, hər bir sığorta məsləhətçi il ərzində topladığı sığorta haqlarından asılı olaraq bu hədiyyələrə sahib olmaq imkanı əldə edəcək.

Qeyd etmək istərdik ki, müsabiqədə Şirkətin mövcud sığorta məsləhətçiləri ilə yanaşı, bu şəbəkəyə yeni qoşulan üzvlər belə iştirak etmək hüququna malikdir.

Xatırladaq ki, əvvəlki illərdə “Atəşgah” SŞ-nin ən yaxşı sığorta məsləhətçilərinə Hyundai Accent və Chevrolet Cruze avtomobilləri hədiyyə edilmişdir.

Sığorta məsləhətçisi kimdir?

Sığorta məsləhətçisi- bu azad qrafiklə və qeyri-məhdud qazanca malik satışlar üzrə yüksək ixtisaslı mütəxəssisdir. Sığorta şirkəti adından və onun tapşırığı ilə sığorta polislərinin satışı ilə məşğul olan şəxsdir. Sığorta məsləhətçisinin müvəffəqiyyətli işinin başlıca səbəbi müştərilərinin ona etibarıdır.

Əlavə məlumat üçün: (012) 940 əlaqə telefonuna zəng etmək tövsiyyə olunur.

“Atəşgah” Sığorta Şirkəti 1996 – cı ilin sonunda təsis edilmişdir. “Atəşgah” ASC SŞ və “Atəşgah Həyat” ASC SŞ “Atəşgah” Sığorta Qrupuna daxildir. “Atəşgah” SQ müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir