Search
Ateshgah_logo_160910

“Atəşgah” Gəncə filialına işçi axtarır

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla, “Atəşgah” Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığorta Qrupunu  yaratmışlar. Hazırda şirkətdə 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

İŞ PROFİLİ

Müştəri xidmətləri şöbəsinin mütəxəssisi (Gəncə filialı)

Namizədə tələblər

• Yaş: 22-35
• Cinsi: kişi
• Təhsil: Ali
• İş təcrübəsi: bank və ya sığorta sektorunda iş təcrübəsi olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan (əla)
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

• Ünsiyyət qurmaq bacarığı
• Məsuliyyətlik
• Stressə davamlılıq

Əsas vəzifə öhdəlikləri

• Əmlak sığorta növləri üzrə sığorta hadisələrinin tənzimlənməsi
• Müştəri qəbulu və sənədlərin ekspertizası
• Dövlət orqanları, banklara, müvafiq orqanlara sorğu və məktubların hazırlanması
• Sığorta aktlarının, rəylərinin, imtina məktublarının hazırlanması
• Hesabat və digər lazımi sənədlərin hazırlanması

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2: (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• İş yeri: Gəncə filialı
• Əmək haqqı: 300 AZN, 3 aydan sonra 350 AZN

Maraqlananlar öz CV formalarını job@ateshgah.com ünvanına göndərə bilər. Məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.

• Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir