Search
453503_482190

“Apple”nin rəhbəri şirkətin iki ən böyük səhvini açıqlayıb

Dünyanın ən nəhəng  şirkətlərindən olan Apple- in rəhbəri Tim Kuk  “Washington Post” qəzetinə müsahibəsində kompaniyanın  iki səhvini etiraf edib.
Bu barədə “Gazeta.ru” yazıb.
Kuk birinci səhvini hər kəsin tənqidinə səbəb olmuş “Apple Maps” kartlarının buraxılmasında görür. Onun fikrincə, ikinci səhv isə Con Brouvetin şirkətin pərakəndə satışı rəhbəri vəzifəsinə təyin edilıməsi olub.
Həmçinin Tim Kuk bildirib ki, belə nəhəng şirkətin rəhbəri postunu tutmaq olduqca çətindir. O, tək olduğunu etiraf edib.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir