Search
AGBANk

AGBank xidmətlərini təkmilləşdirir.

AGBank öz istifadəçilərini yeni xidməti ilə sevindirməyə tələsir. Hər zaman müştərilərinin rahatlığını düşünən AGBank,  kart və cari hesabları müasir ödəniş sistemi  «MilliÖN» vasitəsi ilə idarə etmək imkanını yaradır.

Belə ki, bütün «Cash in» əməliyyatlarını yəni ki, cari və kart hesablarına pul yatırmaq, ödəmələr və pul köçürmələri etmək üçün banka gəlməyə ehtiyac yoxdur. Siz bu əməliyyatları istənilən vaxt və «MilliÖN» quraşdırılan istənilən yerdə həyata keçirə bilərsiniz. Bu isə dəyərli vaxtınıza xeyli qənaət edir. Cari hesaba aid bütün əməliyyatlar, həmin an reallaşacaqdır. Kart hesabı ilə bağlı əməliyyatları isə yerli vaxtla saat 17:00-a kimi həyata keçirməyiniz gərəkdir. Əks halda əməliyyat növbəti iş günü reallaşacaq. Bütün bu əməliyyatları  «MilliÖN» ödəniş sistemi vasitəsi ilə həyata keçirmək üçün sadəcə müştəri kodunu və hesab sahibinin doğum tarixini qeyd etmək kifayətdir.

Onu da qeyd edək ki,  AGBank-ın müştəriləri «MilliÖN» ödəniş sistemi vasitəsi ilə “Ekspress” kreditlərin ödənişini də həyata keçirə bilərlər.

agbank.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir