Search
sum ban

AGBank-ın Sumqayıt filialının təntənəli açılış mərasimi.

01 Mart 2014-cü il tarixində,  AGBank-ın artıq yeni ünvanda yerləşən Sumqayıt filialının təntənəli açılış mərasimi keçirilmişdir. Filialın rəsmi açılış mərasimində, İdarə Heyyətinin üzvləri, Bankın nümayəndələri, çoxlu sayda müştərilər iştirak etmişdirlər. 2004-cü ilin fevral ayından etibarən Sumqayıtda fəaliyyət göstərən filialın yeni binası N.Nərimanov küçəsi, 53А, 5ci MKR ünvanında yerləşir.

 

Adı çekilən filialda fiziki və hüquqi şəxslərə hər növ bank xidmətləri təqdim olunur. Belə ki, “Sumqayıt ” filialında müştərilərə depozitlərin yerləşdirilməsi, kreditləşmə üzrə xidmətlər, valyuta dəyişmə əməliyyatları, plastik kart, təcili pul köçürmə əməliyyatları və digər xidmətlər göstəriləcəkdir.  Müştərilər, filialın yerləşməsi və xidmətlər haqqında məlumatı, 135 nömrəsinə zəng edərək əldə edə bilərlər.Eyni zamanda, bütün yeniliklər bankın facebook səhifəsində yerləşdirilmişdir: facebook.com/AGBank.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir