Portuqaliya, 2016 Avropa Futbol Çempionatının (AVRO 2016) final matçında Fransanı 1-0 məğlub edərək kubokun sahibi oldu.
Fransa ilə Portuqaliya arasında oynanan matçın 90 dəqiqəlik normal müddəti 0-0 başa çatıb. Qarşılaşmanın ilk 15 dəqiqəlik uzatma hissəsində də qol olmayıb. Matçda ikinci uzatma hissəsində Portuqaliya axtardığı qolu tapıb. 109-cu dəqiqədə Eder, komandanı 1-0 önə keçirən qolu atıb. Kuboku Ronaldo havaya qaldırıb.