Search
plastikkart_960_450

Banklar kart müştərilərini itirir

Kredit kartlarının sayı azalmaqda davam edir. Sosial və əməkhaqqı kartlarını nəzərə almasaq, təkcə may ayında banklar 71 min kart müştərisini itirib.

Mərkəzi Banka istinadən xəbər verilir ki, cari ilin May ayında kredit kartlarının sayı 13 min ədəd azalaraq 742 min ədədə düşüb.

Azalma Yanvar ayında 201 min ədəd, Fevralda 17 min ədəd, Martda 12 min ədəd, Apreldə 25 min ədəd təşkil etmişdi.

Ötən ilin May ayı ilə müqayisədə isə kredit kartlarının sayı 526 min ədəd azalıb. 2015-ci ilin May ayının sonunda kredit kartlarının sayı 1 milyon 268 min ədəd təşkil edirdi.

Təkcə 2016-cı ilin ilk 5 ayında kredit kartlarının sayı 268 min ədəd azalıb.

SON  33 AYIN ƏN AŞAĞI SƏVİYYƏSİNDƏ

Qeyd edək ki, sonuncu dəfə kredit kartlarının sayı 740 min ədədə yaxın səviyyədə 2013-cü ilin Avqust ayında olmuşdu. Beləliklə, kredit kartlarının sayı son 33 ayın ən aşağı səviyəsinə düşüb.

May ayında sosial və əməkhaqqı kartlarının sayı artıb.

May ayında əməkhaqı kartlarının sayı 48 min ədəd artaraq 1 milyon 529 min ədədə qalxıb.

May  ayında sosial kartların sayı 4 min ədəd artaraq 2 milyon 478 min ədədə çatıb.

DİGƏR DEBET KARTLARI KƏSKİN AZALIB

May ayında Aprel ayı ilə müqayisədə digər debet kartlarının sayı isə 58 min ədəd azalaraq May ayının sonuna 674 min ədədə düşüb. Digər debet kartlarının sayı bu ilin 5 ayında 58 min ədəd, ötən ilin May ayı ilə müqayisədə isə 200 min ədəd azalıb.

Digər debet kartlarının sayının kəskin azalması ilə əlaqədar olaraq cəmi ödəniş kartlarının sayı 19 min ədəd azalaraq  01 İyun 2016-cı il tarxinə 5 milyon 422 min ədədə düşüb. Bu ilin 5 ayında cəmi ödəniş kartlarının sayı 237 min ədəd azalıb. Ötən ilin May ayının sonu ilə müqayisədə isə ödəniş kartlarının sayı 652 min ədəd azalıb.

Qeyd edək ki, cəmi ödəniş kartlarının sayı 2015-ci ilin İyun ayının sonunda 6 milyon 88 min ədədə qədər çıxmışdı.

Click to enlarge image kartlar_may2016.jpg

Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir