Azərbaycan Respublikası Prezidenti Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncamda deyilir:
1. Əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6,0 (altı) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.”
Əhalinin özünüməşğulluğuna kömək göstərilməsi dedikdə bu sosial yardımın daha alternativ kanalla vətəndaşlara çatdırılmasıdır. Belə ki vətəndaş sosial yardımı nəğd pul şəklində alaraq vəsaiti istehlakına xərcləməyəcək. Bu vəsait aztəminatlı ailələrin kiçik biznes vəya təsərrüfatının qurulmasında başlanğıc kapital olaraq investisiya ediləcəkdir. Bu isə öz növbəsində vətəndaşın daimi qazanc mənbəyinə çevriləcəkdir.