“Azər-Türk Bank” ASC digər bank əməkdaşları üçün özəl “Həmkarım” kreditini təklif edir.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, artıq digər bankların əməkdaşları 1 illik 15%, 2 illik 17% və 3 illik 18% olan həmkarım kreditindən istifadə edə bilər.
Azərbaycan Mərkəzi Bankında, yaxud ölkəmizdə fəaliyyət göstərən kommersiya banklarından birində işləyənlər “Həmkarım” krediti üçün bankın filiallarına müraciət edə bilər.
“Azər-Türk Bank” ASC 11 iyul 1995-ci ildən etibarən fəaliyyət göstərir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynayır.
“Azər-Türk Bank” Türkiyə Respublikasının Ziraat Bankı, Azərbaycan Respublikasının “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı, Almaniyanın Ziraat Bank İnternational AG və “Turan Bank” ASC tərəflərindən təsis edilib.