Search
Untitled-11

Azərbaycanda problemli kreditlər artıb – HESABAT

Azərbaycan banklarının kredit portelində problemli kreditlərin həmi artıb. Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı hesabata əsasən, fevral ayında Azərbaycan banklarının kredit portfeli 131,6 mln. manat və ya 0,8% artaraq martın 1-ə olan tarixə 15 mlrd. 667,9 milyon manata çatıb.

Kredit portfelində problemli kreditlərin həcmi isə 16,5 milyon manat artaraq 831,6 milyon manata çatıb. Problemli kreditlərin ümumi kredit portfelində payı da 5,2%-dən 5,3%-ə qalxıb. Ümumilikdə isə son bir ildə bank sektorunda problemli kreditlərin həcmi 9,3% yüksəlib. Xatırladaq ki, bir il əvvəl bank sektorunda problemli kreditlər 761 milyon manat təşkil edirdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir