Search
878655

10 bankın taleyi sual altına düşür!

Ekspertlərə görə, bütün hallarda tələb olunan nizamnamə kapitalını yığa bilməyən bankların iflas təhlükəsi ilə üzləşmə ehtimalı yüksəkdir

Bu günlərdə Mərkəzi Bankın sədri Elmar Rüstəmov Azərbaycanda fəaliyyət göstərən bəzi bankların likvidlik problemlərinin olduğunu etiraf edib. Buna misal kimi o, bir neçə bankın adını da çəkib. Məsələn, Elman Rüstəmov bildirib ki, “Bank of Azərbaycan”ın likvidlik problemi var. O qeyd edib ki, hazırda bankın sahibləri və səhmdarları ilə Mərkəzi Bank arasında danışıqlar aparılır: “Bu problemin aradan qaldırılması istiqamətində işlər görülür”. E. Rüstəmov, “Kövsər bank”la bağlı da deyib ki, Mərkəzi Bank “Kövsər Bank”ın kreditləşmə proqramına baxacaq və bu proqrama məqbul sayılacaqsa, bank fəaliyyətini davam etdirəcək.  Onu da qeyd edək ki, cari ilin sonuna kimi kommersiya bankları nizamnamə kapitalının həcmini minimum 50 milyon manata çatdırmalıdırlar.  Bu həddə çata bilməyən banklar bağlanmaq təhlükəsi ilə üz-üzə qalacaq. Bəzi hesablamalara görə, heç də bütün banklar ilin sonuna kimi 50 milyon manatlıq nizamnamə kapitalı formalaşdırmaq gücündə deyil. Bu səbəbdən bir neçə bankın fəaliyyətinin dayanması qaçılmaz sayılır.  

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Fərhad Bayramov məsələnin qarşıdan gələn aylar ərzində dəqiq bəlli olacağını bildirdi: “Hazırda Azərbaycanda fəaliyyət göstərən bankların nizamnamə kapitalını 50 milyon manata qaldırmaq məsələsi gündəmdədir. Qarşıdan gələn aylar ərzində bu məsələnin öz həllini tapacağı gözlənilir. Burada da əsas məqsəd likvidliyi zəif olan, yəni maliyyə bazarında özünü yaxşı formada göstərə bilməyən bankların sıradan çıxarılmasından ibarətdir. Yəni bir növ bazarın təmizlənməsi prosesi aparılır ki, burada rəqabətli bank sistemi formalaşsın. Hansı ki, məhz bu rəqabət nəticəsində faiz dərəcələrinin aşağı düşəcəyini gözləmək olar. Bu mənada, nizamnamə kapitalının artırılması maliyyə-bank sistemini gücləndirmək məqsədi daşıyır. Mərkəzi Bankın açıqlamasına görə hazırda ölkədə fəaliyyət göstərən 10 bank likvidlik problemi ilə üz-üzədir. Həmin banklarda əhaliyə verilən kreditlərin geri ödənilməsində problemlər yaşanır. Krediti geri ala bilməyən banklarda aydın məsələdir ki, özünü maliyyələşmədə problemlər yaranır. Əlavə kredit tələb etdikdə isə bankın likvidlik problemi üzündən onunla Mərkəzi Bank arasında problemlər yarana bilir. Nizamnamə kapitalının artırılması da likvidliyi zəif olan bankların aradan götürülməsinə hesablanıb.  Daha doğrusu, burada əsas məsələ bank sisteminin sağlamlaşdırılmasından ibarətdir. Təbii ki, çalışmaq lazımdır ki, banklar iflasa uğramasın. Çünki bu iflas bir çox fəsadlara gətirib çıxarar. Arzu ediləndir ki, nizamnamə kapitalı məsələsini həll etmək və bağlanmaq təhlükəsindən xilas olmaq üçün həmin banklar digərləri ilə birləşsin. Bunun da baş verəcəyini gözləyirik. Çünki bankların iflas olması fonunda Azərbaycanın bank sektoruna xaricin münasibəti də dəyişə bilər. Ölkəmizdə 3-4 bankın iflas olması xarici maraqlı dairələrdə müəyyən qədər ölkəmizdəki bankların stabilliyi ilə bağlı şübhələr yarada bilər”.
Müstəqil iqtisadçı ekspert Qadir İbrahimlinin fikrincə də, nizamnamə kapitalı üzrə limitə cavab verə bilməyəcək bəzi bankların iflası mümkündür: “Nizamnəma kapitalının 50 milyon manat olması ilə bağlı qoyulan qaydanın qüvvəyə minməsinə qədər hər hansı bir bankın ciddi problemlər yaşamaq təhlükəsi yox dərəcəsindədir. Amma həmin vaxt yaxınlaşanda, lazım olan qədər kapitala malik olmayan banklar özlərinin gələcək varlığı barədə düşünməli olacaq. Nizamnamə kapitalı məsələsini həll edə bilməyən banklar bu işi dayandırıb başqa biznes sahəsi ilə də məşğul ola bilərlər. Anma ən yaxşısı limiti doldura bilməyən bankların bir neçəsinin kapitallarını birləşdirərək, səhmdar cəmiyyət və yaxud payçı formada yenidən bank fəaliyyəti ilə məşğul olmalarıdır. Yəni onlar öz kapitallarını təmərkküzləşdirməlidirlər. Problemlə üz-üzə qalan banklar üçün bu üsul həll istiqamətində ən yaxşı variantdır. Belə olarsa, bank sahəsində rəqabət mühitinin aşağı salınması prosesinin qarşısı alına bilər. Bu proses ən real yoldur. Nizamnamə kapitalını icra edə bilməyən banklar birləşmədiyi təqdirdə sözsüz ki, iflasa uğrayaraq bağlanacaq. Amma, onların hansılar olacağı və nə qədər bankın iflasa uğrayacağı barədə indidən fikir söyləmək çətindir. Ümumiyyətlə, bu barədə konkret ad çəkmək istəmirəm. İndidən onların adlarını çəkmək etik baxımdan da doğru deyil. Bütün hallarda tələb olunan nizamnamə kapitalını yığa bilməyən banklar öz gələcək varlıqları barədə düşünməsələr,  iflas təhlükəsi ilə üzləşəcək”.

MOVQE.AZ
Rüfət NADİROĞLU

Rüfət NADİROĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir