vugar_2

Təklif olunan ipoteka kreditləri varlılara hesablanıb – Vüqar Bayramov

Əksər banklar ipoteka kreditlərində 40 faiz ilkin ödəniş və kreditə müraciət edilən zaman bir nəfər üçün 200 manat yaşayış minumumu hesablayırlar.

Bu fikirləri tanınmış iqtisadçı ekspert – Vüqar Bayramov öz facebook səhifəsində qeyd etmişdir.

Bu o deməkdir ki, 50 min manatlıq ev almaq istəyən vətəndaşımız ən azı 20 min manat ilkin ödəniş etməlidir. Əminəm ki, dünyanın heç bir ölkəsində kreditin təxminən yarısı qədər ilkin ödəniş nəinki tələb edilmir, banklar heç bu haqda düşünə bilmirlər.

Eyni zamanda, Azərbaycan Prezidenti tərəfindən 2016-cı il üçün ölkə üzrə orta yaşayış minumumu 136 manat müəyyənləşdirilməsinə baxmayaraq bankların əksəriyyəti heç bir iqtisadi əsaslandırma olmadan bir nəfərə 200 manat xərc hesablayır. Bu o deməkdir ki, 4 nəfərlik ailədə sadəcə 800 manat yaşayış xərci hesablanır və aylıq ödəniş də 400 manat olarsa o zaman ən azı 1300 manat əmək haqqı olmalıdır ki, heç də böyük məbləğli olmayana kreditə müraciət edə bilsin. Bu ölkə üzrə orta aylıq əmək haqqı məbləğindən təxminən 3 dəfə çox maaş tələbidir. Bu eyni zamanda o deməkdir ki, banklar ipoteka kreditini bundan sonra yalnız varlilara verəcəklər: bir neçə mənzili olan varlıların isə ipoteka kreditinə heç ehtiyacı yoxdur.

Bütün bunlarla yanaşı ekspert nikbin fikirlərini sərgiləyib. O qeyd edib ki, bu gün ölkədə aparılan islahatlar nəticə etibarilə sadalanan bütün problemləri kölgədə qoyacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir