Rafiq Hunaltay

RAFİQ BƏY, DOĞUM GÜNÜNÜZ MÜBARƏK!

Bu gün Rafiq Hunaltayın doğum günüdür.

Bu münasibətlə Rafiq bəyi dostları, çalışmış olduğu çoxsaylı əmək kollektivləri  təbrik edir.

Rafiq Vəliyev (Hunaltay) 1985-ci ildə anadan olub. 2003-2007-ci illə Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq ixtisası üzrə təhsil alıb. 2008-2010-cu illər isə eyni universitetin magistr pilləsini yenə Marketinq ixtisası üzrə bitirib. Daha sonra 2010-2012-ci illərdə Türkiyə Respublikası Anadolu Universitetinin Halkla İlişkiler ve Tanıtım bölümünü bitirib. 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Doktoranturasına daxil olmuşdur, dissertantdır. Müştəri Münasibətləri Menecmenti istiqaməti üzrə fəlsəfə doktorluğunu müdafiə edib.

2002-2007-ci illər hərbi, hüquq və vətənpərvərlik qəzeti olan “Hərbi And” qəzetində analitik bölmədə yazar, bir çox qəzetlərdə araşdırmaçı yazar kimi çalışıb. Bu günədək qəzetlərdə 200-dən çox məqaləsi çap olunub. Azərbaycanda ilk dəfə sistemli şəkildə “məxfilər” bölməsi altında dünya kəşfiyyat sistemlərinə aid 40-dan analitik yazının müəllifidir.

2007-2009-cu illər Müdafiə Nazirliyi Hərbi Nəşriyyatında analitik yazar olaraq fəaliyyət göstərib.

2006-2007-ci ildə parallel olaraq Nurgün Şirkətlər Qrupunda Qida Departamenti Marketinq Meneceri (Nestle brendi üzrə) işləyib.

2009-cu ildən 2015-ci ilin iyununadək İdeal parfum və kosmetika mağazalarında marketinq direktoru olmuşdur. Daha sonra həmin şirkətin idarə heyətində marketinq nəzarəti üzrə direktor vəzifəsində çalışmışdır.

Eyni zamanda 2011-ci ildən fəaliyyət göstərən məşhur marketinq portallarından olan www.facemark.az saytının təsisçisidir. 2012-ci ildən fəaliyyət göstərən Azərbaycanın ilk praktiki marketinq təlimi olan Marketing AİR-in və ilk onlayn marketinq televiziyası FMR TV (facemark.tv) həmtəsisçisidir.

Hazırda Gilan Holdqinq FMCG Qrupu Strateji Marketinq Direktoru vəzifəsində çalışır.

Rafiq bəy qəzetdə yazar olarkən Hunaltay təxəllüsündən istifadə etmişdir. O öz marketermeherrem.com saytını yaradıb, marketinq sahəsində isə yazılarını Marketer Məhərrəm təxəllüsü ilə yazmaqdadır. (Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir)

Biz də BankNews.az olaraq Rafiq bəyi təbrik edir və gələcək karyerasında uğurlar arzu edirik.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir