Search
463aa0116263b3c4b5405eadb1850821_XL

“Rabitəbank”ın baş direktoru işdən çıxıb

“Rabitəbank” ASC-nin baş direktorlarından biri işdən çıxıb. Bankdan verilən məlumata görə, söhbət Arif Zeynalovdan gedir.

Onun işdən öz istəyi ilə çıxdığı bildirilir. Bununla da “Rabitəbank”ın baş direktorlarının sayı 5-ə düşüb.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48 500 059,47 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 20,29 manat olan 2 390 343 səhm əsasında formalaşıb.

Səhmlərin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə, 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova (“Meqa Sığorta” ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə digər fiziki şəxslərə məxsusdur.

Report




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir