160735_485133

Nobel laureatının kəşfi İslamın buyurduqlarını təsdiqlədi

Oruc tutmağın insan orqanizmi üçün çox faydalı olduğunu sübut edən yaponiyalı alim Yoşinori Osumi 2016-cı ildə tibb və fiziologiya sahəsində  Nobel mükafatını qazanıb.
O, autofaqiya – «özü-özünü yemə» adlanan  mexanizmi kəşf edib. Sadə dillə desək, insan hüceyrələri orqanizmdə zərərli və artıq  maddələri tanıya, sonra onları xüsusi «kisələrə» – membranlara yerləşdirərək həzm edə bilir. Bu həzmdən alınan «xam mal» isə yeni hüceyrələrin yaranmasına sərf olunur.
Məlum olub ki, autfaqiya prosesi xüsusən stress vaxtı – məsələn, yeməkdən özünü saxlayanda fəallaşır. Başqa sözlə, insan hüceyrələri qidalanmağa bir şey tapmayanda, onlar orqanizmdə zərərli maddələri, o cümlədən  xəstəlik yaradan bakteriyaları  tapır və «yeyir».
Beləliklə də, yapon  aliminin araşdırması, məsumların orucun orqanizmə faydası və orqanizmi zərərli elementlərdən təmizləməsi haqqında buyurduqları hədisləri təsdiq edib.
Həzrət Məhəmməd Peyğəmbər buyurub: “Oruc tutun ki, sağlam olasınız”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir